• C. Dek 27th, 2024

Tkeşelaşvili: “Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”

ByYenigun.news

İyn 15, 2022

“Qonşu ölkəyə təcavüz cəzasız qalmamalıdır”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O, Cənubi Qafqaz regionunun uzun illərdir münaqişələrdən və işğaldan əziyyət çəkdiyini qeyd edərək, regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

“Həm Gürcüstan, həm də Azərbaycan münaqişə ilə üzləşib”, – o xatırladıb.

Onun sözlərinə görə, Ukraynadakı müharibə dünya nizamını müəyyənləşdirəcək: “Ukrayna Rusiya tərəfdən işğala məruz qalıb. Biz Ukraynanı dəstəkləməliyik və nümayiş etdirməliyik ki, qonşu ölkənin ərazilərinin işğalı qəbuledilməzdir və işğalçı bunun cəzasını çəkməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir