• C. İyl 10th, 2026

Ermənistan TŞ katibi ABŞ Dövlət Departamentinin nümayəndəsilə İrəvan-Bakı münasibətlərini müzakirə edib

Byadmin

Yan 14, 2024


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Davosda İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan – ABŞ ikitərəfli münasibətləri və onların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan – Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda qeyd olunur.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir