• Ça. Noy 26th, 2024

Dövlət Komitəsinin sədri İsrail Knessetində görüşlər keçirib – FOTO

ByYenigun.news

İyn 21, 2022

İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşləri keçirib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, İsrail Knessetində baş tutan görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim işləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə nazir Elkin Zeev, Elina Bordaç Yalovanın rəhbərlik etdiyi İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, “İsrail Bizim Evimiz” partiyasının baş direktoru İnna Zilberqerts, Akko şəhər merinin birinci müavini, Yəhudi Milli Fondunun törəmə təşkilatı olan “Neimanuta” şirkətinin rəhbəri Zeev Noymann iştirak ediblər.

Görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti, Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək layihələr müzakirə olunub. Ölkəmizdən köçmüş yəhudilərin Azərbaycanla bağlı xoş təəssüratlarının İsraildə vətənimizin multikultural və tolerantlıq dəyərləri haqqında çox müsbət rəy yaratdığı diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir