Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini Ukraynaın şərqindəki iki ölkə arasındakı gərginliyin səbəbi olan Donbas bölgəsində görüşməyə çağırıb.
“Yenigun.news” “Sputnik”ə istinadən xəbər verir ki, Ukrayna lideri “Normand dördlüyü” həmsədrləri və Üçtərəfli Təmas Qrupundakı təhlükəsizlik görüşlərində tam atəşkəs mövzusunun müzakirə edildiyini, bölgədəki vəziyyəti maksimum aydın görmək və anlamaq üçün təmas xəttində görüş təklifinin dilə gətirildiyini xatırladıb.
“Nə anlayacağam? Mən onsuz da hər ay oraya gedirəm. Cənab Putin! Daha da irəli gedərək, sizə müharibənin davam etdiyi Ukraynanın Donbas bölgəsində istədiyiniz nöqtədə görüş təklif etməyə hazıram”, – Zelenski qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya ordusunun Ukrayna sərhədlərindəki manevrlərindən narahatdırlar:
“Ölkəmiz müharibə istəmir, amma buna hazırdır. Bizim prinsipimiz sadədir: Ukrayna müharibəni başladan tərəf deyil, amma Ukrayna hər zaman sonuna qədər dayanır”.