• Be. Noy 16th, 2026

Təhsil və innovasiyada əməkdaşlığın üfüqləri

ByVuqar Ferzeliyev

Noy 16, 2026

  Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkələrimiz arasında mövcud münasibətlərin yeni siyasi və institusional çərçivəyə keçidini ifadə edir.

  Dublin sammitinin ən diqqətçəkən nəticələrindən biri Azərbaycan və Böyük Britaniya arasında Birgə Strateji Tərəfdaşlıq Bəyannaməsinin mübadiləsi oldu. Bu hadisə xüsusi siyasi əhəmiyyət daşıyır. Çünki Böyük Britaniya Azərbaycanın müstəqillik tarixində enerji, investisiya və iqtisadi əməkdaşlıq baxımından mühüm tərəfdaşlardan biridir. Yeni strateji sənəd isə münasibətlərin ənənəvi enerji əməkdaşlığından kənara çıxaraq bərpaolunan enerji, texnologiyalar, süni intellekt və digər perspektivli sahələri əhatə etməsinə imkan yaradır. Əslində, bu, Azərbaycan-Böyük Britaniya münasibətlərinin dəyişən dünya iqtisadiyyatının və yeni texnoloji çağırışların tələblərinə uyğunlaşdırılması cəhdidir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın Avropa siyasi məkanında mövqeyinin yalnız enerji amili ilə izah edilə bilməyəcəyini göstərir.

  Təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul edirlər;

   Artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.

         Bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər. Vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı peşəkar şəbəkələri həvəsləndirəcəklər.

Ramil Əmənov,

                                                 Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direkroru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir