• Ç. Apr 24th, 2024

Ərdoğan yenidən AKP sədri seçildi

ByYenigun.news

Mar 24, 2021

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

Yenigun.news xəbər verir ki, Ankaranın İdman Kompleksində keçirilən qurultayda AKP sədri, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

Onun hesabat və görüləcək işlərlə bağlı proqram xarakterli çıxışından sonra təşkilati məsələlərə baxılıb. R.T.Ərdoğan yenidən AKP sədri seçilib. Ona 1428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi olmayıb.

Bundan başqa partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir