• Şb. Yan 28th, 2023

19 yaşlı məşhur futbolçu vəfat etdi

ByYenigun.news

Mar 25, 2021

İtaliyanın “Latsio” klubunun futbolçusu Daniel Gerini dünyasını dəyişib.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında vəfat edib.

Hadisə martın 24-də Romada baş verib. Gerini iki dostu ilə birlikdə qəza törədib. Onların maşını 68 yaşlı kişinin idarə etdiyi avtomobillə toqquşub. Futbolçu dünyasını dəyişib, onun dostlarının vəziyyəti ağırdır.

Qeyd edə ki, Daniel Gerini “Latsio”nun gənclər komandasında çıxış edib. O, İtaliyanın 15 və 16 yaşadək yığmalarının formasını geyinib. Martın 21-də futbolçunun 19 yaşı tamam olub.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir