• C. Apr 26th, 2024

Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

ByYenigun.news

Apr 20, 2021

Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilməsi ilə bağlı sualı cavablandırıb.

“Yenigun.news” nazirliyə istinadən xəbər verir ki, https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı ilk növbədə, məsul şəxs tərəfindən valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlər əsli ilə üzləşdirilir və həmin sənədlərin surəti saxlanılaraq əsli valideynə və ya qanuni nümayəndəyə qaytarılır. 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir