• Şb. Apr 27th, 2024

Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi oldu

ByYenigun.news

May 6, 2021

Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib.

“Yenigun.news” xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü M. Eynullayev müxtəlif illərdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, təhsil nazirinin müavini, Təhsil Nazirliyinin aparat rəhbəri kimi vəzifələrdə çalışıb. Ötən ilin mayından isə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir