• C. Apr 19th, 2024

Van gölünün şəkli NASA yarışmasında birinci oldu – Foto

ByYenigun.news

Apr 13, 2021

NASA-nın təşkil etdiyi “Dünya turu” adlı onlayın foto yarışmasında Türkiyə ərazisindən yerləşən Van gölünün şəkli birinci olub.

“Yenigun.news” Türkiyə KİV-ə istinadən xəbər verir ki, birinci seçilən şəkil 930 min səs toplayıb.

Qeyd edək ki, NASA 20 ildən çox müddətdə Beynəlxalq Kosmos Stansiyasında işləyən astronavtlar tərəfindən çəkilmiş dünya şəkillərinin yer aldığı bir yarışa start verib.

32 şəklin yarışdığı “Dünya turu” yarışmasında birinci olan Van gölü fotosu astronavt Keyt Rubins tərəfindən 2016-cı ildə Beynəlxalq Kosmos Stansiyasının ətrafından çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir