• C. Dek 13th, 2024

QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIQ REGİONUN XOŞBƏXT GƏLƏCƏYİ DEMƏKDİR

ByYenigun.news

May 30, 2021

Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən söylədiyi dərin məzmunlu nitqində kinci Qarabağ müharibəsində 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsindən sonra bölgədə yaranmış yeni siyasi və iqtisadi konfiqurasiyanın yaratdığı reallığları bir daha diqqətə çatdırmış və verdikləri dəstəyə görə dost və qardaş ölkələrə ehtiramını ifadə etmişdir.

   Bu gün müharibənin bitməsindən 8 ay keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Azərbaycan ordusu hər bir təxribat hərəkətinə layiqincə cavab verəcək. Əvvəla, bizim müdafiə sənayemiz yetərincə intensiv işləyir. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir.

 Qəbul zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və əsas diqqətini bu reallığa yönəldib. Prezident İlham Əliyev qeyd etmişdir ki, bizim ölkəmizdə indi yeni dövr - İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Torpaqlarımız böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparılır. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Bu mənada möhtərəm Prezidentimizin müddəalarını alqışlayırıq.

Fərqanə Məmmədova, YAP Cəlilabad Rayon Təşkilatının Qadınlar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir