• Bz. Apr 28th, 2024

Azərbaycan xalqı qürurlu xalqdır

ByVuqar Ferzeliyev

İyl 4, 2022
    Bu gün dünyamız elə bir nəhəng transformasiya dövrünü yaşayır ki, qlobal təhlükəsizlik və inkişaf strukturu çox güclü və çox ciddi dəyişikliklərə məruz qalır. Sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun davamlı əhəmiyyəti böyükdür.
    Qoşulmama Hərəkatı Par¬lament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfran¬sında çıxışı zamanı dövlət başçısı İlham Əliyevin fikirləri mühüm əhəmiyyət kəsb edir. O, deyib: “Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük”.
   Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Bunlardan biri Pandemiyaya qarşı mübarizə ilə bağlıdır. Prezidenti cənab İlham Əliyev tədbirdə bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı  sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Prezident öz çıxışında bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. 
   Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan   yaşadığı  bərpa və quruculuq dövründə  yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə  nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. İndi azad olunmuş ərazilərdə yenidənqurma işləri gedir, müasir şəhərsalma həyata keçirilir. Biz bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. 

Meyxoş Abdullayev, Cəlilabad rayon sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir