• C. Apr 26th, 2024

Aparıcı Operativ Qərargaha səsləndi: “Görəsən nə vaxt ağıllı qərar verəcəksiniz?”

ByYenigun.news

May 21, 2021

“Lider Tv”dən tanınan teleaparıcı qatardan dəhşətli görüntülər bölüşüb.

Yenigun.news xəbər verir ki, Zabir Əliyev “Instagram” profilində Bakı-Sumqayıt qatarındakı acınacaqlı vəziyyətin, basabasın videosunu paylaşıb.

Görüntülərin altında teleaparıcı Operativ Qərargaha iradlarını bildirib:

“Operativ Qərargah iyunun 1-dək 5 nəfərdən artıq insanın bir yerdə toplanmasını qadağan edib. Bəs bu vəziyyəti yaradan siz deyilsiniz? Görəsən nə vaxt ağıllı qərar verəcəksiniz…”

Aparıcının lentə aldığı görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir