“Mançester Siti”nin ulduz futbolçusu Fil Fodenin anası dava salıb.
“Yenigun.news” xəbər verir ki, o, dostlarının birinin ad günündə çoxlu spirtli içki qəbul edərək Ketti Skit adlı qadına hücum edib.
Səbəb kimi isə Klair Fodenin xanımdan siqaret istəməsi və qarşı tərəfin ona siqaret verməməsi göstərilir. Bundan sonra Filin anası onun üzünə və bədəninə çoxlu zərbələr endirib, hətta Skitti dişləyib.