• Şb. Dek 21st, 2024

Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəklədi

ByYenigun.news

İyn 17, 2021

Ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 75-ci sessiyası çərçivəsində Gürcüstan və 57 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.

Yenigun.news xəbər verir ki, bu barədə Gürcüstanın BMT-dəki daimi nümayəndələyindən bildirilib.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” sənəddə bütün qaçqın və məcburi köçkünlərin Gürcüstanın işğal altında olan ərazilərinə qayıtması hüququ növbəti dəfə təsdiqlənib.

Bu il qətnaməni 80 ölkə dəstəkləyib, 14-ü əleyhinə səs verib, 70-i isə səsvermədən imtina edib.

Azərbaycan Gürcüstanla bağlı sənədi BMT kimi mötəbər beynəlxalq təşkilatda növbəti dəfə dəstəkləyib. Türkiyə də ötən il olduğu kimi qətnamənin lehinə səs verib, Ermənistan isə səsvermə prosesində yenə iştirak etməyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi qətnaməni dəstəkləyən və həmmüəllif olan dövlətlərə minnətdarlıq bildirib. Qeyd edilib ki, hər bir ölkə öz qərarı ilə Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların hər birinə dəstək ifadə etmiş olub.

Qeyd edək ki, BMT Baş Aassambleyasında 2008-ci ildən etibarən Gürcüstanla bağlı analoji qətnamə qəbul edilir. Həmin ildən etibarən Azərbaycan sənədin lehinə səs verərək Gürcüstana davamlı dəstəyini göstərir. Ötən gün qəbul edilən qətnamə sayca 14-cüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir