“ATƏT-in Minsk qrupunun həmsədrləri həmişə çalışırdılar ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi unudulsun”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın BMT-dəki ilk daimi nümayəndəsi Həsən Həsənov ADA Universitetində keçirilən tədbirdə deyib.
“Biz isə çalışdıq və həmin sənədlərin imperativ xarakter daşımasına nail olduq”, – H.Həsənov deyib.
O bildirib ki, Azərbaycan 2020-ci ildə həmin qətnamələri təkbaşına icra edərək işğalda olan torpaqlarını azad etdi.
“Amma həmsədrlər çalışırdılar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri unudulsun, bunu danışıqlarda da deyirdilər”, – deyə o əlavə edib.
Aqşin Kərimov