Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edib.
Səfirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:
“Bir kərə yüksələn bayraq, bir daha enməz!” – M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May – Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”.
![](https://yenigun.news/wp-content/uploads/2021/05/E2aqVbgXwAAnWza.jpg)