• Şb. Apr 27th, 2024

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək

ByYenigun.news

Mar 28, 2024

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu Qaydalar “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamında dəyişikliklər edilməsi və “Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” dövlət başçısının 18 sentyabr 2015-ci il tarixli fərmanının 2.1-1-ci bəndinin icrası məqsədilə hazırlanıb və dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını müəyyən edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir