• C. May 3rd, 2024

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib

ByYenigun.news

Apr 23, 2024




Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) aprelin 15-dən 19-dək Haaqadakı Sülh Sarayında İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Ermənistan Azərbaycana qarşı”) tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib.

Oxu.Az bildirir ki, prosesdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iddia barədə məlumat verib.

Bildirək ki, 16 sentyabr 2021-ci ildə Ermənistan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb.

21 aprel 2023-cü ildə Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib.

Hazırkı dinləmələr Azərbaycanın etirazları nəticəsində baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir