• Ça. Apr 30th, 2024

CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi

ByYenigun.news

Apr 17, 2024




Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özer Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı Azərbaycanı dəstəkləyib.

O bildirib ki, Azərbaycanla AŞPA arasında olan anlaşılmazlığın tezliklə aradan qaldırılması vacibdir.

Özerin sözlərinə görə, hər iki tərəf bu müddət ərzində özü üçün lazımi nəticələri çıxarıb.

CHP sədri həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bərpa etməsi üçün mümkün olan bütün tədbirləri görməyə hazır olduqlarını dilə gətirib.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər qurumda qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir