• Şb. May 4th, 2024

Ermənistan hökuməti Azərbaycanla demarkasiya komissiyasının nəzdində iki işçi qrupu yaradıb

ByYenigun.news

Apr 22, 2024




Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya”nın nəzdində iki işçi qrup yaradılıb.

Bu barədə Ermənistan mediası xəbər yayıb.

Bildirilib ki, işçi qrupuna Tavuşun qubernatoru, yerli icmaların rəhbərləri, kənd sakinlərinin nümayəndələri daxil ediliblər.

Məlumatda deyilir ki, Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra planlaşdırılmış koordinatların dəqiqləşdirilməsi və müvafiq protokol-təsvirinin yaradılması üçün yaradılıb.

Tavuş vilayətinin qubernatoru Hayk Qalumyanın rəhbərlik edəcəyi birinci qrupa Noyemberyan və İcevan merləri, Voskepar, Bağanis, Berkaber, Kirants icmalarının başçıları, həmçinin bir neçə kənd sakini daxildir.

İkinci qrup Ermənistanın güc blokunun nümayəndələrindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir