• Şb. Apr 27th, 2024

İƏT Gənclər Forumunun prezidenti: “Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır”

ByYenigun.news

Mar 28, 2024

“Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan gənclər və idman naziri Fərid Qayıbovla birlikdə “Şuşa İƏT Gənclər Paytaxtı – 2024” mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, “Şuşa İƏT Gənclər Paytaxtı – 2024” çərçivəsində keçiriləcək tədbirlər müsəlman gəncləri üçün stimul olacaq:

“Bu, həm də uzun illər işğal altında, amma indi sürətlə abadlaşan Şuşanın hekayəsini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir