• C. May 3rd, 2024

İranda İsrailə hücumla eyni gündə qadınlara da hücum başlanıb – VİDEO

ByYenigun.news

Apr 19, 2024




Aprelin 13-də İran hakimiyyəti qadınların məcburi hicaba riayət etməsinə nail olmaq üçün “Nur” adlı layihənin icrasına başlayıb. 

Elə həmin gün gecə yüzlərlə dron, qanadlı və ballistik raketlər vasitəsilə İran silahlı qüvvələrinin İsrailə hücumu baş tutub.

Amma fərq budur ki, İsrailə hücum başa çatsa da, məcburi hicaba əməl etməyən qadınlara qarşı hücum bitmək bilmir. 

Bəzi müşahidəçilərin fikrincə, son altı gündə İran küçələri əsl döyüş meydanını xatırladır: yenidən dirçələn əxlaq polisi mülki geyimli şəxslərin, hətta hərbçilərin köməyi ilə hicabsız qadınlara qarşı misilsiz qəddarlıq və zorakılıq nümayiş etdirir. Bu üzdən İranda bir çoxları “Nur” layihəsini “Zur”, yəni zor layihəsi adlandırırlar. 

Tanınmış siyasətçi Zəhra Nejadbəhram həmin layihəni İranın öz gücünü qadınlara göstərməsi kimi dəyərləndirib  və bildirib ki, layihənin icrasının təkcə birinci günü ərzində 500-dən çox qadın məcburi hicaba riayət etmədiyi üçün həbs olunub.

Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir