• Be. Apr 29th, 2024

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

ByYenigun.news

Apr 16, 2024




Ukraynanın İrpen şəhərinin mərkəzi küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib.

Bu barədə İrpen şəhərinin meri Oleksandr Markuşin AZƏRTAC-a müsahibəsində bildirib.

“İrpendə hazırda akademik Zərifə Əliyeva adına küçə var. Biz bu şəhərdə Azərbaycanla bağlı küçə və prospektlərin sayının artırılması istiqamətində işlərimizi davam etdiririk. İrpen şəhərinin prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib. Biz İrpen Şəhər Şurasında bu məsələni mütləq gündəliyə çıxaracağıq. Deputatlar sessiyada müzakirə edəcəklər”, – deyə Oleksandr Markuşin qeyd edib.

Mer vurğulayıb ki, İrpenin küçə və prospektlərinə Azərbaycanla bağlı adların verilməsi məsələsinə baxılması təsadüfi deyil. Çünki Azərbaycan ən ağır günlərdə İrpenə dəstəyini göstərməkdədir.

“Bu gün Azərbaycan dövləti qəhrəman İrpen şəhərinə sözdə yox, əməldə dəstəyini göstərir”, – deyə mer əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir