• Be. Apr 29th, 2024

Medvedevin “Fransa və terror” bəyanatının pərdəarxası – ŞƏRH

ByYenigun.news

Apr 13, 2024




Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Crocus City Hall”dakı terror aktının arxasında Fransanın dayandığını bəyan edib.

Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin bu terrorda əli var.

“Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil”, – deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü. 

Fransa özü İŞİD terrorundan əziyyət çəkən ölkə olsa da, Parisin səhnə arxasında terror təşkilatı ilə əlaqələri mövcuddur. Bu, yeni tendensiya da deyil.

Məhkəmə sənədləri ilə sübut olunub ki, Fransanın Paris şəhərində yerləşən “Lafarge” şirkəti və baş ofisi Suriyanın paytaxtı Dəməşqdə yerləşən “Lafarge Cement Syria” zavodu 2013-2014-cü illərdə İŞİD-ə külli miqdarda pul ödəyib.

Belə ki, şirkət Suriyada sement zavodunun istismarına icazə müqabilində İŞİD və “Əl-Nusra Cəbhəsi”nə pul verib. İstismara icazə veriləndən sonra “Lafarge” təxminən 70,3 milyon dollar gəlir əldə edib.

“Lafarge” və onun törəmə şirkəti törətdiyi cinayəti etiraf edib. Göründüyü kimi, terror cinayətləri Fransa şirkətinin timsalında Parisin də üzərinə şübhələr qoyur.

Çünki şübhə yeri qalmır ki, “Lafarge” məhz Fransanın xeyir-duası ilə Suriyada İŞİD-lə sövdələşməyə girib.

Bunlar Medvedevin bəyanatı fonunda yenidən Fransa-İŞİD əlaqələrini üzə çıxara bilər.

Yəqin indi Moskvanın əlində məlumat var ki, Fransa ilə İŞİD arasında sövdələşmələr var. Bu sövdələşmə isə Rusiyada terrorla nəticələndi.

Paris üçün insan həyatının dəyəri yoxdur. O, öz ambisiyaları naminə hətta Fransanın özünü hədəfə gətirən terror təşkilatı ilə razılıqlar əldə edir.

Belə bir dövlətin sülh və təhlükəsizliklə əlaqədar tezisləri heç zaman səmimi ola bilməz.

Ona görə də, Fransa dünyanın heç bir yerində, o cümlədən Cənubi Qafqazda sülh və ədalət axtarmır.

Onun axtardığı şeylər pis niyyətlərini dövriyyədə saxlayaraq regional çalxalanmalar yaratmaqdır.

Elə son zamanlar Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribatlar törətməsinin də səbəbləri Fransadır. Çünki Fransa qarışıqlıqdan, xaosdan, qandan qidalanır.

O, Avropa İttifaqını da öz çirkin ambisiyalarına alət edir. Amma hər şey göz qabağındadır: Fransa terror təşkilatları ilə əlaqədən tutmuş təhlükəsizlik üçün digər bədxah əməllərə qədər addımların sahibidir.

Ermənistanda isə Fransanın şirin vədlərinə inanırlar. Olsun, amma deyəsən, hesablamırlar ki, Fransa ermənilərdən ibarət legion yaradıb onu Ukraynada döyüşməyə göndərmək niyyətindədir.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir