• Şb. May 4th, 2024

Paşinyan: “İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb”

ByYenigun.news

Apr 22, 2024




“İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb və bu, çox vacibdir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyası tərəfindən nümayiş etdirilən britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri bərpa etmək lazımdır.

“Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkməyə ehtiyac yoxdur, lakin biz SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri yerlərdə bərpa etməliyik”, – Paşinyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir