• Ç. May 1st, 2024

Paşinyan: “Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq”

ByYenigun.news

Apr 18, 2024




“Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.

“Əgər biz bu addımları atmasaq (delimitasiya və demarkasiya – red.), mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, – deyə o qeyd edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir