• Şb. Apr 27th, 2024

Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” – VİDEO

ByYenigun.news

Mar 27, 2024

“Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib.

Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır.

Zaxarovanın sözlərinə görə, Qərb Ermənistan kimi ölkələrə iqtisadi, sosial və digər layihələrlə nüfuz edərək onların “qanını sovurur, əsrlərdən gələn adət-ənənələri, yaşam tərzini dəyişir”.

XİN rəsmisi vurğulayıb ki, Qərbin fəaliyyəti heç də onun nüfuz etdiyi ölkənin maraqlarına xidmət etmir, əhalinin rifahına səbəb olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir