• Ç. May 1st, 2024

Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” – VİDEO

ByYenigun.news

Apr 18, 2024




“Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı jurnalistin London və İrəvanın Britaniyadan Ermənistana qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı danışıqlar aparmasını Moskvanın necə qiymətləndirməsi ilə bağlı sualına cavabında deyib.

“Bizə elə gəlir ki, buna İrəvan özü şərh verməlidir. Biz Ermənistan XİN-in bəyanatını eşitmişik. O bildirmişdi ki, tərəflər arasında bununla bağlı əhəmiyyətli danışıq olmayıb. Əhəmiyyətli danışıq olmayıbsa, bəlkə, əhəmiyyətsiz danışıq olub?! Biz başa düşürük ki, Londonda miqrasiya mövzusu kəskinləşib. Onlar öz məqsədlərini yerinə yetirməkdən ötrü çoxlu pul xərcləməyə hazırdırlar. Amma Qərbdə hamı bir ağızdan qışqırır ki, biz o ölkənin təhlükəsizliyini qorumaq istəyirik. Yenə də deyirəm, bu mövzu ilə bağlı ilk növbədə Ermənistanın özü açıqlama verməlidir”, – deyə Zaxarova bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir