• Şb. Dek 21st, 2024

İbadət yerlərində ehsanların verilməsi dayandırılır

ByYenigun.news

İyn 16, 2021

Səhiyyə Nazirliyi ibadət yerlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişləri təsdiqləyib.

“Yenigun.news” xəbər verir ki, sənədə əsasən, ibadət yerinin ilkin müəyyən olunmuş tutumuna uyğun olaraq, həmin məkanda eyni vaxtda olmasına yol verilən maksimum ziyarətçi sayı müəyyənləşdirilir və bu say məkan tutumunun 50%-dən çox (eyni anda ümumi olaraq 50 nəfərdən çox olmamaqla) olmamalıdır.

Gigiyena və təmizlik, maskalardan istifadə, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələblər, habelə ziyarətçi tutumu barədə məlumatı əks etdirən lövhələr ibadət yerlərinin girişlərində və daxildə yerləşdirilir.

İbadət yerində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh şəxs təyin edilir.

İbadət yerlərinə daxil olarkən və orada olan müddətdə (dəstəmaz vaxtı istisna olmaqla) mütləq şəkildə maskalardan istifadə edilməlidir.

Girişlərdə əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər yerləşdirilməlidir.

Girişlərdə müəyyən olunmuş şəxslər tərəfindən təmassız termometrlərlə ziyarətçilərin və əməkdaşların hərarəti ölçülməli və hərarəti olan şəxslər içəri buraxılmamalıdır.

Növbəliliyin və fiziki məsafənin təmin edilməsi, habelə ziyarətçilərin müəyyən olunmuş həddə saxlanılması və vətəndaşların vaxtında məlumatlandırılması məqsədilə ibadət saatlarında girişlərdə gücləndirilmiş nəzarət təmin edilməlidir.

İbadət edən şəxslər arasında hər tərəfdən 1,5 metrlik fiziki məsafə qorunmalı və döşəmə/oturacaqlar fiziki məsafəyə uyğun olaraq işarələnməlidir.

İbadət yerlərində ehsanların verilməsi müvəqqəti dayandırılır.

İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar  qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir.

Təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət edilməli, ümumişlək səthlər mütəmadi təmizlənməli, hər kütləvi ibadətdən sonra dezinfeksiya və havalandırılma işləri yerinə yetirilməlidir.

Tələblərin icrasını nəzarətdə saxlamaq məqsədilə gündəlik monitorinqlər keçirilməlidir.

Sanitar-məişət otaqları (dəstəmaz yeri, sanitar qovşaq, ayaqqabıların soyunubgeyinmə yeri və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılmalı, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələrlə fasiləsiz təmin olunmalıdır.

Hər növbəti kütləvi namazdan sonra ibadət yerinin havalandırılmalı və təmizlik-dezinfeksiya işləri həyata keçirilməlidir.

Hər növbəti kütləvi namazdan sonra ümumi istifadə yerlərində bütün təmas səthlərinin (qapı tutacaqları, elektrik düymələri, masa səthləri, sürahilər, məhəccərlər və s.), dəstəmaz yeri, skamyalar, sanitar qovşaq, ayaqqabıların soyunub-geyinmə yeri dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə nəm üsulla təmizlənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir