“Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə təşkil edilmişdi. Nazirlər kabineti yanında Operativ Qərargah yaradılmışdı”.
“Report”un xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.
Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb:
“Pandemiya dövründə gördük ki, yeni tibbi peşəkarlara ehtiyac duyulur. Rəqəmsallaşma ən yüksək səviyyədə təşkil edilməlidir”.
Nazir bildirib ki, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı:
“Həmin məlumatlarla da biz mübarizə aparmalıyıq. Pandemiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.