Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Fuad Muradov təltif barəsində fikirlərini öz “Twitter” hesabında paylaşıb.
O, Prezident İlham Əliyeva təşəkkürünü bildirib.
“Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik”, – deyə komitə sədri qeyd edib.
Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik! @presidentaz @DiasporaAz pic.twitter.com/BppzMcP386
— Fuad Muradov (@Fmuradov) July 4, 2022