ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Yenigun.news” xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə XİN-dəki mənbəsinə istinadən bildirib.
Səfirə ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına ölkənin etirazı çatdırılıb.
“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri barədə bəyanatından sonra ABŞ səfiri Devid Satterfild bizim nazirliyə çağırılıb və nazir müavini Sedat Onal tərəfindən qəbul edilib”, – mənbə bildirib.
Mənbənin məlumatına görə, səfirə məlumat verilib ki, Türkiyə tərəfi Baydenin bəyanatını qəbul etmir və rədd edir.