Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.
“Yenigun.news” xəbər verir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlət başçısına raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verib.