• Ca. Dek 26th, 2024

Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri

ByVuqar Ferzeliyev

Noy 15, 2024

       COP29 dünya əhəmiyyətli, olduqca mühüm bir beynəlxalq tədbirdir. Belə mühüm bir tədbirə dövlətimizin ev sahibliyi etməsi olduqca fəxarətlidir. Hesab edirəm ki, Azərbaycanımız dünyada multikulturalizm və tolerantlığın mərkəzi olması ilə yanaşı, həm də bəşəri dəyərlər uğrunda fədakarlıq edən bir dövlət olaraq hər zaman özünəməxsus zirvədə duracaq. COP29-a dünya dövlətlərinin və dünya liderlərinin marağı, bu maraq fonunda Azərbaycanın ev sahibi olaraq bu günədək keçirilmiş 28 belə tədbiri kölgədə qoyacaq səviyyədə COP29-a hazırlaşması – Azərbaycanın həm də dünyada etibarlı, işinə dəqiq bir partniyor kimi tanınması ilə nəticələnəcək. Fikrimcə Prezident İlham Əliyevin bu tədbirə önəm və diqqət verməsi bir çox dünya liderlərinə həm də bir dərsdir. Əmin olun ki, bu möhtəşəm tədbir hələ uzun illər dillər əzbəri olacaq.

       Azərbaycanın istər COP29-un təşkili, istərsə də cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” barədə tövsiyə və qərarlarında nəzərdə tutduğu məqsədlər əksər dövlətlər, beynəlxalq qurumlar tərəfindən çoxtərəfli müstəvidə müzakirə edilir və dəstəklənir. Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu üçün ciddi fəsadlar yaradır.

      2015-ci ildə Paris razılaşması imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun 6-cı maddəsi (karbon bazarları) üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. 

       Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında vurğuladığı kimi, Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq. Bundan əlavə, həmin dövlətlərin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verir.

        Dövlət başçımız Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışmaqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Bəxtiyar Paşayev,

Cəlilabad rayon Kommunal Müəssisələri

Kombinatinin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir