• Be. May 20th, 2024

PREZİDENT İLHAM ƏLİYEV YENİ QURUCULUQ MƏRHƏLƏSİNİN BANİSİDİR

Byyenigun

Dek 23, 2021

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü Dünyəvi, demokratik və hüquqi dövlət quruculuğunun bütün sahələrində böyük uğurlara imza atan Azərbaycan Respublikası dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunmuşdur. Azərbaycan xalqının güzəranı gün-gündən yaxşılaşmaqda, yoxsul vətəndaşların sayı sürətlə azalmaqdadır. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev “neft kapitalını insan kapitalınaçevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.
Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Yeni dövrün – Qloballaşan dünyanın böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Hörmətli Prezident! Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Anar Sadatov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir