• Ça. May 21st, 2024

RƏSMİ İRƏVANIN HƏRBİ CİNAYƏTLƏRİ
VƏ SİYASİ TƏXRİBATLARI GÖZ ÖNÜNDƏDİR

Byyenigun

Dek 18, 2021

Prezident İlham Əliyevin Brüssel səfəri, orada keçirdiyi görüşlər o cümlədən İspaniya qəzetinə vermiş oduğu müsahibə ümumilikdə Avropa və bütün dünyanın Azərbaycanın qələbəsini tanıdığını, onu qalib dövlət kimi qəbul etdiyini birmənalı şəkildə təsdiq etdi. Bütün bunlar onu göstərir ki, Avropa artıq Azərbaycanın haqq işini dəstəkləyir. İndi ölkəmizə qarşı əvvəlki münasibət yoxdur.
Brüssel səfəri zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev İspaniyanın El Pais qəzetinə çox maraqlı müsahibə verib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var.Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib, cinayət törədənlər isə mühakimə olunublar.
Buna baxmayaraq, rəsmi İrəvanın hərbi cinayətləri davam edir. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olub yaralanıb.
Prezident minalanmış ərazilər məsələsindən xüsusi olaraq bəhs edib O, deyib ki, ermənilər yüz minlərlə mina basdırıb, basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı açıq-aşkar uçuruma aparırErmənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar. Onların xilası yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür.
Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır. Əgər qarşı tərəf bu fikrqəbul etməyib yenə də mənasız iddialarla baş qatmağa çalışacaqlarsa, dəmir yumruq yerindədir.
Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir