• Ça. May 21st, 2024

SABİT VƏTƏNDAŞ HƏMRƏYLİYİ İLHAM ƏLİYEV SİYASƏTİNİN BƏHRƏSİDİR

Byyenigun

Dek 23, 2021

Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günündən ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridib, cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışıb. O, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.
Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olunmuşdur. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyət davam etdirilir.
Ötən illər ərzində dövlət başçısının dəfələrlə verdiyi əfv fərmanları nəticəsində çoxsaylı vətəndaşlarımızın cəzaçəkmə müəssisələrindən azadlığa buraxılması buna parlaq sübutdur. Xalqımız ölkə başçısının bu humanist addımlarını böyük razılıq və sevinclə qarşılayır. Prezident İlham Əliyevin əfv fərmanları, eyni zamanda, sadəcə humanizm və mərhəmət aktları olaraq qalmayıb, cəmiyyətimizin mənəvi-siyasi iqliminə də çox ciddi təsir göstərmiş, vətəndaş həmrəyliyinin daha da güclənməsinə, ölkədə ümumi bir insani istiləşməyə səbəb olmuşdur. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmışdır.
Əziz və dəyərli Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Aqil Qurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir