• Bz. Dek 22nd, 2024

Moldovanın sabiq Baş naziri Prezident İlham Əliyevi təbrik edib

ByYenigun.news

Sen 27, 2023


2015-ci ildə Moldovanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Tarixi hadisə – Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. 2012-ci ildən 2015-ci ilədək Azərbaycanda işlədiyim müddətdə Qarabağdan – öz yurdlarından didərgin düşmüş çoxlu sayda insanla görüşmək imkanım oldu. Mən onların dərin duyğularını və öz torpaqlarına qayıtmalarının əhəmiyyətini başa düşürəm.

Qarabağdakı son hadisələr bir çox yeni başlanğıclar vəd edir. Sizin belə çətin bir problemin həllinə siyasi baxışınız və strateji yanaşmanız həqiqətən təqdirəlayiqdir və şübhəsiz ki, bunun önəmli nəticələri özünü göstərəcək. Əminəm ki, bu əlamətdar hadisə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə və nəticədə bütün Cənubi Qafqazda həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək. Sizin liderliyiniz və tarixi baxışı reallığa çevirməkdə sarsılmaz əzminiz hamımız üçün ilham mənbəyidir. Mən qəti şəkildə inanıram ki, ümumi səylərlə biz gələcək nəsillərimiz üçün daha yaxşı bir dünya qura bilərik.

Sizə və ölkənizə davamlı uğurlar və rifah arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir