• Ca. Dek 26th, 2024

Prezident şəhid qızını hakim TƏYİN ETDİ – FOTO

ByYenigun.news

İyl 2, 2022

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Sülhanə Hacıyeva Birinci Qarabağ müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır.

Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir