• Şb. Dek 21st, 2024

DÖVRÜMÜZÜN ZƏKASI VƏ ŞƏRƏFİ

ByYenigun.news

Mar 14, 2021

YAP-ın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır. Son 17 ildə aparılan düzgün siyasət nəticəsində siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib, ən əsası, ərazi bütövlüyü bərpa olunub. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirmiş, əməkdaşlığın yeni formatlarını şərtləndirmişdir. Ölkəmizin uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratmış, tərəfdaşlarımızın sayı artmış, beynəlxalq aləmdə mövqelərimiz güclənmişdir. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları, ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb.
Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. 28 ildən artıq dövr ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynamış və qazanılmış bu Qələbə ölkədə milli birliyi daha da gücləndirmişdir: Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər, öz ailəsində, öz doğma torpaqlarında hiss edirlər. Xalqlar arasına dostluq, mehriban münasibətlər Azərbaycan xalqının böyük sərvətidir. Biz bunu daima qorumalıyıq. Bu siyasət xalqımız tərəfindən qəbul edilir və daim dəstəklənir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayyəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstərmişlər, vətən uğrunda şəhid olmuşlar, Azərbaycan bayrağı altında döyüşmüş, qəhrəmanlq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etmişlər.
Ölkəmizin siyasi həyatında Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvvələrin inteqrasiya nümunəsidir. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etmişdir ki, “Bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu da siyasətimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda , göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi naliyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”. Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcək naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcək.
Yeni dövrdə Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Dövlət başçısı da YAP-ın VII qurultayında çıxışı zamanı bu vəzifələrdən geniş bəhs etdi. Bu baxımdan YAP-ın da qarşısında duran vəzifələr var. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq.
Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərir. Əminik ki, YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öz rolunu oynayacaq, hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlayacaq və bütün lazımi tədbirləri görəcək. Ümumiyyətlə, qurultayın qəbul etdiyi qərarlar ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bununla fəxr etməyə dəyər.

 Nəsib İsgəndərov,Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir